"Cümə axşamı günü həbs olunmaq üçün Corciya ştatının Atlanta şəhərinə gedəcəyəm".

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Truth" səhifəsində yazıb.

O, 200 min dollar girovla razılaşdıqdan sonra cümə axşamı Atlanta şəhərində təslim olacağını təsdiqləyib. Bundan sonra onun işinin araşdırılması prosesi davam edəcək.

Tramp həbsxanaya gedərkən saxlanmayacaq, çünki Corciya ştatının qanunlarına əsasən, müttəhimlər ölkədən qaçmaq, yenidən cinayət törətmək, şahidləri təhdid etmək, ədalətə mane olmaq və ya təhlükə törətmək riski olmadığı halda zaminə buraxıla bilər. 

Ağarza Elçinoğlu