Yapon geyimlər şəbəkəsi "Uniqlo" Rusiyadakı bütün mağazaları üçün icarə müqavilələrini ləğv edib.

"Unikal" xəbər verir  ki, bu barədə “Vedomosti” qəzeti  məlumat dərc edib.  

Pərakəndə satış departamentinin rəhbəri Marina Malaxatko nəşrə bildirib ki, bununla da "Uniqlo" Rusiya Federasiyasındakı fəaliyyətini başa vurub. İcarə müqavilələrinə xitam verməklə yanaşı, şirkət bütün işçilərini işdən çıxararaq hər birinə maaş ödəyərib. Həmçinin, yapon menecerləri başqa ölkələrə köçürüb.