Rusiyanın Tümen şəhərində həyat yoldaşı ilə dalaşan sürücü avtomobilləri əzib.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, adisə Sovetskaya küçəsində baş verib. “Mercedes ML350” markalı avtomobilin sürücüsü “Lexus”, “Renault”, “Datsun”, “Toyota” və iki “Mitsubishi” markalı avtomobillə toqquşub. “Mercedes”in sürücüsü xəsarət alıb. Polis hazırda araşdırma aparır. 

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü əvvəlcə avtomobilini dirəyə çırpıb, sonra isə hərəkətə davam edib. Onun sərxoş olduğu deyilir. 

Nuranə Abbasova