Belçika Krallığının xarici işlər naziri Hadja Lahbib Ermənistanda səfərdədir. 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, naziri Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan qarşılayıb.

"Hazırda nazirlikdə Ermənistan və Belçikanın XİN rəhbərləri arasında təkbətək söhbət gedir, daha sonra geniş tərkibdə görüş keçiriləcək", - KİV qeyd edib.