Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İraqa gedəcək. 

"Unikal" xəbər verir ki, nazir Bağdad və Ərbildə rəsmi görüşlər keçirəcək. 

Türkiyə XİN-in açıqlamasına görə, Fidan 22-24 avqust tarixlərində İraqda rəsmi səfərdı olacaq: "Nazir səfər çərçivəsində Bağdad və Ərbildə yüksək səviyyəli təmaslar keçirəcək. Gündəlik əsasında hər sahədə daha da irəliləyiş imkanları müzakirə olunacaq, cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Ağarza Elçinoğlu