KXDR lideri Kim Çen In ölkə rəhbərliyinin bəzi üzvlərini, o cümlədən baş nazir Kim Dok Hunu sərt tənqid edib, onları öz vəzifələrinə məsuliyyətsiz münasibətdə ittiham edib.

"Unikal" xəbər verir  ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

KCNA-nın məlumatına görə, Kim Çen In Onçeon qraflığında bəndin dağılması nəticəsində yaranan daşqınlardan sonra əraziyə baş çəkib. Orada Şimali Koreya lideri yüksək rütbəli məmurları öz vəzifələrinə səhlənkar və məsuliyyətsiz münasibətinə görə sərt tənqid edib.

Kim Çen In vurğulayıb ki, yerli kənd təsərrüfatı torpaqlarına dəyən ziyan “təbii fəlakətlər nəticəsində deyil, avaraların məsuliyyətsizliyi və ləngliyi ucbatından” baş verib. “Hətta bütün ölkədə kənd təsərrüfatı bitkilərinin düzgün mühafizəsinin vacibliyinin vurğulandığı bir vaxtda da bir-birinin ardınca aparıcı işçilərin məsuliyyətsizliyi, ləngliyi halları müşahidə olunur. Bu, baş nazirin öz vəzifəsinə babat münasibəti və işə yanlış yanaşması ilə bağlıdır”, - deyə agentlik onun sözlərini sitat gətirir.

Kim Çen Inın, həmçinin prokurorluq da daxil olmaqla səlahiyyətlilərə günahkarları tapmağı, onları məsuliyyətə cəlb etməyi və "onları partiya və qanuni şərtlərlə sərt şəkildə cəzalandırmağı" əmr edib. 

Gülayə Mecid