Macarıstan Prezidenti Katalin Novak Ukraynaya işgüzar səfər edib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, president Zakarpatiyaya səfər edib və burada yerli rəhbərliklə görüşüb.

Məlumata görə, Novak regional şuranın rəhbərliyi ilə sərhədyanı əməkdaşlığın gücləndirilməsinin nəticələri və perspektivlərini müzakirə edib. Xüsusilə humanitar dəstək, qaçqın və məcburi köçkünlərə yardım, Macarıstanda ukraynalı uşaqların yay tətilinin təşkili, birgə ekoloji, təhsil, mədəniyyət və digər təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Avqustun 23-də Novak üçüncü Krım Platforması Forumunun keçiriləcəyi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməlidir.

Nuranə Abbasova