Türkiyənin Aydın bölgəsində təlim təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, Çıldır Hava Limanında təlim məqsədi ilə havaya qalxan təyyarə ilk dəqiqələrdə etdiyi qəzadan sonra yanmağa başlayıb. 

İki yaralı təcili xəstəxanaya aparılıb. Təyyarədə olanların təlimatçı və tələbə olduqları deyilir. 

Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu