İranda kişi 10 yaşlı qızını evində yaranan qarışıqlıq səbəbindən döyərək öldürüb. 

"Unikal" xəbər verir ki, bu barədə "Herna" nəşri yazıb.

Məlumata görə, hadisə avqustun 20-də Rey şəhərində baş verib. Polisdən bildirilib ki, yeniyetmə qız elektrik kabeli ilə döyülüb. 

Qızın Əfqanıstan vətəndaşı olan atası tutulub, törətdiyi cinayəti etiraf edib. Polis həmin şəxsə qarşı cinayət işi açıb, əlavə araşdırma aparılır.

Ağarza Elçinoğlu