"Beverly Hills" serialınımn ulduzu Tori Spellinq xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat paylaşıb. Dörd gündür xəstəxanada olan Tori övladları ilə qürur duyduğunu və onlar üçün darıxdığını bildirib:

"Hər zaman güclü, cəsur, mərhəmətli və pozitiv olaraq qalan oğul və qızlarıma heyranam".

Qeyd edək ki, aktrisa bir neçə ay əvvəl 18 illik aktyor həyat yoldaşı Din Makdermottdan boşanıb. Onların bu evlilikdən Stella, Hatti, Liam, Bo və Finn adlı beş övladı var.