Aktrisa və model Milla Yovoviç sosial şəbəkələrdə əri və üç övladı ilə nadir fotosunu paylaşıb.

“Unikal” xəbər verir ki, o, həyat yoldaşını evlilik ildönümü münasibəti ilə təbrik edib. 

“Sən hər şeyi yaxşılaşdırırsan, narahatlığımı aradan qaldırırsan, hər zaman mənim və qızlarımızın yanındasan və sən dünyanın ən yaraşıqlı və ən seksual kişisisən. Mən səni çox sevirəm, Paul!”, - deyə aktrisa yazıb.

Milla Yovoviç ingilis kinorejissoru Pol Andersonla evlidir. Cütlük 2009-cu ildə ilk qızları dünyaya gəldikdən sonra evlənib. Onların üç övladı var: 15 yaşlı Ever, 8 yaşlı Deşill və 3 yaşlı Oşin.

Nuranə Abbasova