Müğənni Britni Spirs 2022-ci ildə qəyyumluğundan azad olduğu atası Ceymi ilə barışmaq istəyir.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, qalmaqallı məhkəmə proseslərindən sonra Britni atasını həbsə göndərməklə hədələyirdi.
Həyat yoldaşı Sem Əsgəridən ayrılan müğənni hazırda xəstəxanada olan atası ilə münasibətini düzəltməyə çalışır.
Bir neçə aydır ki, xəstəxanada olan Ceymi ard-arda əməliyyatlar keçirib. Növbəti əməliyyatı isə avqustun 25-də gözlənilir. Ceymi də qızı ilə barışmaq arzusunda olduğunu deyib.
Nuranə Abbasova