Sonuncu dəfə "Gelsin hayat bildiği gibi" serialında rol alan aktrisa Devrim Özkanın yeni layihəsi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Ne gemiler yaktım" serialında rol alacaq.

Özkanın tərəf müqabilinin kim olacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, serial "Show" telekanalında yayımlanacaq.