Rusiyalı məşhur aktyor İvan Liçidov vəfat edib.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı aktyorun meyiti Sankt-Peterburqda kirayədə qaldığı mənzildə tapılıb. 

Qeyd edək ki, İvan müxtəlif teatr studiyalarında çalışıb, 2012-ci ildən Müasir Dram və Rejissorluq Mərkəzində fəaliyyət göstərib.