Rusiyalı reper, tiktoker Danya Miloxin Dubayda həbs edilib.
"Unikal" xəbər verir ki, buna səbəb onun yol hərəkəti qaydalarını pozması olub. Danya təhlükəsizlik kəmərini taxmadığı üçün həbsxanaya düşüb.
21 yaşlı tiktoker avqustun 24-də saxlanılıb. Dostları 25-i girov ödədikdən sonra Danya sərbəst buraxılıb.
Qeyd edək ki, Danya 2020-ci ilin oktyabrında Rusiyanın "Forbes" jurnalında ən çox qazanan tiktokerlər siyahısında 6-cı yerdə qərarlaşmışdı.