"Blueface" ləqəbi ilə tanınan amerikalı məşhur reper Conatan Porter bıçaqlanıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Los-Ancelesdəki idman zallarının birində baş verib.

Belə ki, ifaçı boksla məşğul olarkən zala itlə bir nəfər daxil olub və onunla mübahisə edib. Daha sonra həmin şəxs repçini ayağından bıçaqlayaraq hadisə yerindən qaçıb.

Conatan daha sonra  paylaşım edərək oktyabrın 14-nə planlaşdırdığı boks matçında iştirak edə bilməyəcəyini açıqlayıb.