Baş rollarını İbrahim Çelikkolla Dilan Çiçək Dənizin paylaşdığı "Kadınım" serialına yeni aktyor daxil olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Erkan Avcı rol alacaq. O, layihədə "Yetim" obrazına həyat verəcək.

Qeyd edək ki, aktyor sonuncu dəfə "Kuruluş Osman" serialında rol alıb