Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-qaz mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri - Cavid Əliyev və Çingiz Əskərli avqustun 26-dan sentyabrın 1-dək ABŞ-ın Hyuston şəhərində Kəşfiyyat Geofizikləri Cəmiyyəti (SEG) və Amerika Neft Geoloqları Assosiasiyasının (American Association of Petroleum Geologists -AAPG) ev sahibliyi etdiyi 2023 SEG/Chevron Tələbə Liderliyi Simpoziumu və Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Konfransında (IMAGE) iştirak edirlər.
"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və UFAZ adından seçilmiş iki tələbə 24 ölkə arasında Azərbaycanı təmsil edir. Avqustun 30-da konfransda ilin yekunlarına dair mükafatlandırma mərasimi olub. Tələbələrimizin Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG ASOIU Student Chapter) mərasimdə 2022-2023-cü illər üzrə ABŞ Kəşfiyyat Geofizikləri Cəmiyyəti tərəfindən ilin ən yaxşı tələbə bölməsi mükafatına layiq görülüb. ADNSU/UFAZ tələbə bölməsi 66 ölkənin 340 SEG Tələbə bölməsi arasında seçilərək bu nüfuzlu mükafatı əldə ediblər.
Xatırladaq ki, konfransda Ç. Əliyev “Talış dağları ərazisində qrunt sularının geofiziki təsvirinin öyrənilməsi”nə həsr olunmuş Qafqaz regionunda ilk beynəlxalq geofiziki çöl düşərgəsi olan (SEG ASOIU Field Camp 2023) və SEG “Məktəblərdə Zəlzələ Maarifləndirilməsi və Təhsil Proqramı”nın layihə rəhbəri və yaradıcısı kimi məruzə ilə çıxış edib. O, həmçinin il ərzində ADNSU/UFAZ-ın tələbə bölməsi tərəfindən həyata keçirilən müxtəlif layihələr haqqında təqdimatla iştirak edib.