Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə 6 sentyabra kimi qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd olunub ki, əgər Yerə istiqamətlənmiş Tac Kütlə Atılmasının (TKA) da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının baş vermə ehtimalı var.