Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov kollektivə təqdim olunub.
"Unikal" xəbər verir ki, onu kollektivə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov təqdim edib.
Təqdimatda universitetin prorektorları, fakültə dekanları və struktur rəhbərləri iştirak ediblər. Çıxış edən E.Zeynalov ölkə rəhbərinin tapşırıq və tövsiyyələrini diqqətə çatdırıb. Z.Qurbanov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Zəfər Qəzənfər oğlu Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.