Azərbaycanda satılan spirtli içkilər ölüm saçır
12:44 29-03-2013
CƏMİYYƏT
Azərbaycanda satılan spirtli içkilər ölüm saçır
Ekspert: "Bu gün spirtli içkilər bazarı ən çirkli bazardır"
Dünya ölkələrin spirtli içki istehsalı hər il daha da artır. Bu, cəmiyyətdə spirtli içkilərin istifadə edənlərin artmasının göstəricisidir. Spirtli içkidən istifadə bir müddət sonra aludəçilik yaradır. Əvvəl əyləncə kimi içilir, daha sonra dərdlərinin unudulması üçün, sonda isə istifadəçi aludəyə çevrilir.
Artıq aludəçi aldığı içkinin keyfiyyətinə önəm vermir, onun ancaq daha çox içki almaq lazım olur və məhsulun ucuzluğu qane edir. Buna görə də, mağazalarda saxta, saxlama müddəti ötmüş spirtli içkilərin növü və sayı artır. Son zamanlar buna görə spirtli içkilərdən zəhərlənərək ölənlər də var.
Azad Isteklakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün spirtli içki bazarının ən çirkli bazar olduğunu bildirib: "Bu gün çox az adam bilir ki, spirtli içkiləri 1 ildən, konyakları 3 aydan, şərabları 6 aydan çox saxlamaq olmaz. Mağazalarda spirtli içkilərin üstündə saxlama müddəti verilmir. Mağazalarda satışda olan spirtli içkilərin 95%- dən çoxunun istifadə müddəti keçib. Bu da içkidə metanolun yaranmasına, digər ağır maddələri daha da ağırlaşdırmasına gətirib çıxarır. Bu gün mağazaların əksəriyyətində spirtli içkilərin saxlama şəraiti düzgün deyil. Həmçinin spirtli içkilərin 50% -dən çoxu Fransa şərabı, yerli "Skarlet" şərabı adı altında satışdadır. Azərbaycanda şərab istehsalı çox pis vəziyyətdədir. Spirtli içkilərə nəzarət edən qurumların fəaliyyəti çox zəifdir. Yoxlamalarda məlum olub ki, qatılan rənglər, konservantların miqdarı normativ sənədin tələbinə uyğun olmayıb. Eləcə də mənşəyi bilinməyən araq məhsullarının da satışı müşahidə olunub. Bakı ətrafı rayonlarda boz-bulanıq sudan spirtli içkilər hazırlanır. Spirtli içkilərlə bağlı şikayətlərdə daim artım olur".
Spirtli içkilərin standartı ilə bağlı Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, "Komitə tərəfindən spirtli içkilərin saxlanma şəraitinə, istifadə müddətinə nəzarət edilir. Spirtli içkilərin satışına lisenziya verilməzdən öncə Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsinin rəy verməlidir. Bu zaman məhsul laboratoriyadan keçirilir, əgər standarta uyğundursa sertifikat verilir. Məhsula müsbət rəy verilibsə müəssisə tərəfindən lisenziyalaşdırılır və satışa çıxarılır. Əgər müəssisədəki istehsal standartların normativ tələblərinə cavab vermirsə, komitə tərəfindən müəssisə haqqında akt yazılır.
Ötən illər spirtli içkilərin istehsalında müəyyən neqativ hallar var idi. Ancaq görülən işlər nəticəsində bu hal bu il 70-80 % azalıb. Spirtli içkilərin markalanmasında tələblərin pozulmasına görə də, qanunun tələbinə uyğun akt yazılır".
Fazil Talıblı ölkəmizin spirtli içkiləri həm idxal, həm də ixrac etdiyini deyir: "Azərbaycan Ukrayna, Rusiyaya və digər xarici ölkələrə spirtli içki ixrac edir. Avropa ölkələrindən isə Azərbaycana idxal olunur".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli son zamanlar spirtli içkilərlə bağlı zəhərlənmə hallarının artdığını bildirib. A.Qədirli ötən il bu göstəricisinin daha yüksək olduğunu, hətta zəhərlənmə hallarının insanın vəziyyətinin ağırlaşmasına da səbəb olduğunu deyib: "2012-ci ildə Bakıda spirtli içkidən zəhərlənməyə görə, 579 təcili yardım çağırışı olub. Onlardan 527 nəfərin vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. Bu il yanvar ayından bu günə qədər hələ ki, belə halın baş verməyib".
A.Qədirli spirtli içki qəbul edərək vəziyyəti ağırlaşanların xəstəxanaya qaldırılmasına səbəb spirtli içkinin yüksək dozası olmadığını, bunun içkinin tərkibi ilə əlaqədar olduğunu bildirib: "Spirtli içkilərdən zəhərlənmələrin səbəbi, saxta, saxlama müddəti keçmiş içkilərdəndir".
Turanə Zeynallı
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50