“Həyat yoldaşımla bir yerdə yaşamırıq, ailəmiz ayrılıb. Bizim bir-birimizi görmək imkanımız var, amma istədiyimiz qədər deyil. Oğlum atası üçün darıxıb”.

“Unikal” xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya “BBC News”a müsahibəsində deyib. 

O, ailəsinin birlikdə kifayət qədər vaxt keçirə bilməməsindən danışıb.

“Ancaq biz güclü qalırıq, həm emosional, həm də fiziki gücümüz var və əminəm ki, biz birlikdə  bunun öhdəsindən gələcəyik idarə edəcəyik”, - deyə prezidentin xanımı əlavə edib.

Birinci xanım müharibənin əvvəlindəki emosional vəziyyətini “daimi adrenalin hissi” kimi təsvir edib. Zaman keçdikcə o, sakitləşmək və mövcud şəraitdə yaşamağa başlamaq lazım olduğunu başa düşdüyünü bildirib. 

“Övladlarımın heç nə planlaşdırmadığını görmək məni incidir. Qızımın 19 yaşı var. Onlar səyahət etmək, yeni hisslər, emosiyalar haqqında xəyal edirlər. Onun seçim imkanı yoxdur. İmkanımız olan şeylərdə vaxt məhdudiyyətləri var, onlar mövcuddur və biz birtəhər yaşamağa çalışırıq”, - Zelenskaya bildirib.

Birinci xanım əlavə edib ki, ərinin indiki kimi “tarixi şəxsiyyət” olmasını heç xəyalına belə gətirməyib, onun üçün darıxıb və əri kimi onun yanında olmasına ehtiyacı var:

“Bu, bir az eqoist səslənə bilər, amma mən yanımda tarixi şəxsiyyət deyil, həyat yoldaşımı istəyirəm”.

Yelena Zelenska əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Müharibədən qalib çıxmaq üçün enerjisi, iradəsi və inadkarlığı var:

“Mən ona inanıram və mən onu dəstəkləyirəm. Onun kifayət qədər gücü olduğunu bilirəm. Mən tanıdığım hər hansı digər insan üçün bu vəziyyətin daha çətin olacağını düşünürəm. O, həqiqətən çox güclü və dözümlü bir insandır. Bu möhkəmlik hazırda hamımızın ehtiyac duyduğu şeydir. Qələbəyə böyük ümidimiz var, amma nə vaxt gələcəyini bilmirik. Bu isə uzun gözləmə, daimi stress deməkdir”. 

Nuranə Abbasova