"Amerika səfiri dedi ki, Quba məzarlığını görəndə çox pis vəziyyətə düşüb"
19:22 30-03-2013
CƏMİYYƏT
"Amerika səfiri dedi ki,
Quba məzarlığını görəndə çox pis vəziyyətə düşüb"
31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bu gün Qubada beynəlxalq tədbir artıq yekunlaşıb. Millət vəkili Vahid Əhmədovun verdiyi məlumata görə, tədbirdən öncə Fəxri Xiyaban ziyarət olunub, Quba soyqırım məzarlığı ziyarət edilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov və xarici qonaqlar iştirak edib.
20-dən artıq ölkənin alimlərinin qatıldığı tədbirə Almaniyadan, Türkiyədən, Rusiyadan, Gürcüstandan və başqa xarici ölkələrdən 15-dən çox qonaq qatılıb. Tədbirdə qonaqlar, eləcə də millət vəkilləri və rəsmilər soyqırımla bağlı fikirlər səsləndirdilər. İlk olaraq Quba rayonunun icra hakiminin birinci müavini Yusif Abidov çıxış edərək 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı fikirlər səsləndirib. Daha sonra Almaniyadan, Türkiyədən, Gürcüstandan, Dağıstandan gələn qonaqlar çıxış edərək soyqırımla bağlı Ermənistanın apardığı siyasəti pisləyiblər. Sonda qonaqlar xahiş etdilər ki, dünyada gedən proseslərə Qubada baş verən hadisələrə diqqət yetirilsin, o cümlədən Xocalı soyqırımı tanınsın. Vahid Əhmədov onu da qeyd etdi ki, ABŞ-ın səfiri xanımı ilə Qubada olduğundan onlarla da görüşüb: "Onların da təəssüratını soruşdum. Amerika səfiri də bildirdi ki, bu məzarlığı görəndə çox pis vəziyyətə düşüb. O, dedi ki, ümumiyyətlə belə bir vəhşilik insaniyyətə yaraşmayan bir hərəkətdir. Bildirdim ki, bundan da dəhşətli soyqırım Xocalıda törədilib. Bir daha xahiş etdim ki, bunların dünyada tanınmasın ehtiyac var".
Digər Xəbərlər
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14