Leyla Əliyeva müraciət edib
19:23 30-03-2013
CƏMİYYƏT
Leyla Əliyeva müraciət edib
Romada Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) növbəti forumu işə başlayıb.
Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla xanım Əliyevanın forum iştirakçılarına müraciəti oxunub.
Müraciətdə bildirilir ki, Azərbaycan hökumətinin dəstəyi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu forum miqyasına görə ASAIF tədbirlərinin ən böyüyüdür. Əgər Strasburq, Budapeşt və Vyana forumlarında əsasən Avropada təhsil alan tələbələrə üstünlük verilirdisə, indi ASAIF dünyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı gəncləri Romaya gətirərək Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılmasına, Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılmasına müvəffəq olmuşdur. Bu baxımdan, forum iştirakçıları arasında Amerika və Uzaq Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikasında təhsil alan tələbələri görmək təqdirəlayiq haldır.
Müraciətdə deyilir: "Ölkəmizin son illər ərzində dinamik sosial-iqtisadi inkişafı, həmçinin əldə etdiyi uğurlarda siz gənclərin rolu vardır. Prezident İlham Əliyevin gənclər siyasətində müəyyən etdiyi prinsiplər, dövlət başçısının Azərbaycan gəncliyinin biliyinə, bacarığına, gələcəyinə böyük inamı biz gənclərin önəmli rolunu, dövlətin gələcəyinə məsuliyyətini önə çəkməklə qarşımıza mühüm vəzifələr qoyur. Azərbaycan gəncliyi özünün aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində önəmli rol oynayır və bugünkü cəmiyyətimizin avanqard qüvvəsinə çevrilməkdədir".
Azərbaycanın gələcəyinin gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli mənəvi dəyərlərə sədaqətindən asılı olduğunu vurğulayan Leyla xanım Əliyeva Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin bu gün təkcə ölkəmizin ərazisi ilə məhdudlaşmadığını, onun hüdudlarından kənarda da geniş yayıldığını diqqətə çatdırmışdır.
Müraciətdə vurğulanır ki, budəfəki forumda müzakirə olunacaq mövzular da təsadüfi seçilməmişdir. ASAIF onların daha səmərəli istiqamətlərini təyin edərək, konkret və məqsədyönlü fəaliyyətini davam etdirə biləcəkdir. Sevindirici haldır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ASAIF-ın Roma forumunun iştirakçılarına uğurlar arzulamış və görüşün nəticələrinin gənclərin ictimai fəaliyyətində onlara uğur gətirəcəyinə əminlik ifadə edib.
Digər Xəbərlər
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08