İslamçılar yenə ayağa qalxdı
11:02 02-04-2013
CƏMİYYƏT
İslamçılar yenə ayağa qalxdı
Nardarandan atılan atəşin səsi Bakıdan gələcək
Artıq həbs olunan dindarların sayı yenə artdı. Bir müddət öncə qanunsuz silah saxlamağa görə həbs olunan İslam Partiyasının sədri və yaxın çevrəsindən sonra, bir neçə şəxsdə hicab qalmaqalına görə həbs olunmuşdu. Xatırladaq ki, bu aksiya Təhsil Nazirliyi qarşısında keçirilmişdi və bir neçə polis əməkdaşı ciddi şəkildə xəsarət almışdı.
Bununla bağlı aparılan araşdırmalar isə sübut etmişdi ki, bu güclər ölkə kənarından idarə olunur və get-gedə aqressivlikləri daha da artırır. Hər zaman söz azadlığından, dini inancdan belə danışan ABŞ bu məsələdən narahat olduğunu bəyanlamışdı və Vaşinqtonda keçirilən simpoziumlardan birində Azərbaycanda radikal dindarların gündəmə gəlməsi narahatçılıqla qarşılanmışdı. Buda məlum olmuşdu ki, Azərbaycanda radikal islamçılığın inkişafına İran və Səüdiyyə ərəbistanı açıq şəkildə dəstək verir. Bunu da qeyd edək ki, Azərbaycanda radikal islamçıların gündəmə gəlməsində Rusiyada maraqlı dövlət kimi tanınıb. Hazırda isə əsasən Bakı kəndlərində və azərbaycanın cənub bölgəsində dindarların daha çox aktivləşdiyi hiss olunur. Hətta zaman-zaman hansısa qanunsuz əməllərinə görə həbs olunan islamçıların qeyd-şərtsiz azadlığa buraxılması üçün İranın dini rəhbərliyindən də Azərbaycana təzyiqlər etməyə çalışılıb. Elə son zamanlar Bakının Nardaran kəndində İranın dəstəyi ilə ard-arda aksiyaların keçirilməsi də buna əyyani misaldır. Elə sonuncu dəfə, dünən Nardaranda keçirilən aksiyada o biri aksiyalardan fərqlənməyib. Belə ki, bu günlərdə həbs olunan Tale Bağırzadənin həbsinə etiraz olaraq aksiya keçirilib. Aksiyada ilahiyyatçının azadlığa çıxması tələb olunur.Aksiyada çıxış edən və özünü Hacı Əli kimi təqdim edən kənd sakini deyib:
"Biz haqqımızı tələb edirik. Qarşıdan seçkilər gəlir. Bizi seçkilər qabağı hədə-qorxu ilə susdura bilməzlər".
Çıxışçılar həmçinin hazırda həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədovla Taleh Bağırovu müqayisə ediblər. Onun savadlı din xadimi olduğunu, bu cür həbslərlə dindarların qarşısını ala bilməyəcəklərini deyiblər.
Çıxışçılar həmçinin deyiblər: "Əsil narkomanlar, əsil silah alverçiləri azadlıqdadır. Amma onlar möminləri narkoman, silah alverçisi kimi həbs edirlər".
Aksiyaya hər hansı müdaxilə olmayıb.
DİN-dən bildiriblər ki, mitinqin yerli icra hakimiyyəti ilə razılaşdırılıb- razılaşdırılmamasından xəbərsizdirlər. "Dəqiqləşdirmələrdən sonra məlumat veriləcək" deyə əlavə olunub.
Akisyada hər hansı insident baş verməyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi həbs olunan ilahiyyatçı Taleh Bağırov və onun sürücüsü barəsində məlumat yayıb.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.
İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.
Bunu da qeyd edək ki, islamçıların aktivləşməsi üçün hər zaman Nardaran bir flaqman rolunda çıxış edib. Öncə bu kənddə aksiyalar təşkil edilir və daha sonra Bakıda davamı təşkil edilir. Xatırladaq ki, son bir neçə ayda islamçılar kifayət qədər aktivləşib və güclərini səfərbər edərək qarşıdan gələn prezident seçkilərində xüsusi rol oynamağa çalışırlar. Hətta siyasi bir tərəf olaraq tanınmaq üçün müxalifətin birləşdiyi İctimai Palata ilə də əlaqələr qurmağa çalışırlar. Düzdür, hələ ki, buna sona qədər nail ola bilməyiblər. Amma ətraflarına müəyyən sosial baza toplamağa və dövrü mətbuatda tribunalara sahiblənə biliblər. Tək bunu qeyd edək ki, indiyə qədər islamçıların nəzarətində 30-a qədər internet resursu mövcuddur. Bu isə kifayət qədər böyük gücdür. Həmçinin Rusiyada islamçıların nəzarətində olan telekanal mövcuddur və bu yollada Azərbaycanda təbliğatlarını genişləndirməyə nail olublar. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, hakimiyyət daha sərt addımlara əl atmalı və kənar güclərin maraqlarına cavab verən bu qruplaşmalar sıradan çıxarılmalıdır.
Həsən
Digər Xəbərlər
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00