"Mən Şuşanı çoxdan görmək istəyirdim. Şuşanı və Füzulini həqiqətən də dağılmış vəziyyətdə gördüm və bu mənzərə məni dərindən sarsıtdı".

Bunu "Unikal"a açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin bBaş prokuroru Bəkir Şahin deyib.

O, bildirib ki, Şuşada və Füzulidə çox binalar dağıdılaraq yerlə yeksan edilib: "Bu həqiqətən məni çox sarsıtdı. Sevindirici haldır ki, Şuşada çox böyük tikinti və yenidənqurma işləri aparılır. İnanıram ki, bir ildən sonra bura gəldikdə daha da gözəl bir Şuşanı görmüş olacam. Şuşanın bu qədər gözəl və füsunkar təbiətinin olduğunu təsəvvürümə gətirməmişdim".

Şahin həmçinin bildirib ki, ermənilər verdikləri sözə əməl etmirlər: "Əslində onların bu sözü yerinə yetirmələri vacibdir. Onlar odla oynayırlar. Tez bir zamanda onların Azərbaycan torpaqlarından çıxmasının lazım olduğunu düşünürəm, Zəngəzur dəhlizinin açılmasını gözləyirəm". 

Ağarza Elçinoğlu