"Rusiya Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib və etmir".
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə Soçidə keçirilən danışıqlardan sonra jurnalistlərə bildirib.
O deyib ki, əgər əks tərəf də hazırdırsa, Rusiya danışıqlardan heç zaman imtina etməyib.
Rusiya Prezidentinin sözlərinə görə, ABŞ Ukraynaya təsir göstərir və hər şeyi güc hesabına həll etmək istəyir.