Veysəloğlu Şirkətlər Qrupu "YAŞAT" Fondu tərəfindən yeni tədris ilinin başlanması ilə bağlı həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsinə dəstək olub.

"Unikal" xəbər verir ki, layihə çərçivəsində respublikanın bütün ərazisi üzrə 678 şəhidin 1152 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Qutulardan 35-i Naxçıvan Muxtar Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib.

Hədiyyə qutularının çatdırılması Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” tərəfindən həyata keçirilib.