Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinə yeni mətbuat katibi təyin edilib. 

“Unikal” xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova paylaşım edib. 

Müvafiq əmrlə bu vəzifəyə tanınmış jurnalist Günay Malikqızı təyin edilib. O, vəzifəsinin icrasına sabahdan başlayacaq.

Qeyd edək ki, Günay Malikqızı bundan əvvəl Milli Olimpiya Komitəsinin mətbuat katibi olub.