Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyinə (XİN) işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə aparılacaq.

"Unikal" DİM-ə istinadən xəbər verir ki, XİN-ə diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.

23 sentyabr 2023-cü ildə keçiriləcək yazılı imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə dinləmə mətninin təqdim olunması ilə başlanır.