Rusiyanın Birinci Kanalında "Qolos. Artıq uşaqlar yoxdur" şousunun iştirakçılarından biri azərbaycanlı Azər Nəsibov olub.
"Unikal" rus KİV-ə istinadən xəbər verir ki, o, yarışda “Beggin” mahnısını ifa edib.
Daha sonra Azər Azərbaycan xalq mahnısı “Sarı gəlin” səsləndirib. Maraqlısı budur ki, Azər ilk ifasından sonra özü barədə məlumat verərək daha əvvəl də yarışda iştirak etdiyini deyib. Maraqlı məqamlardan biri isə Pelageya illər əvvəl komandasında çıxış edən Azəri adını eşitdikdən sonra onu tanıyıb və səhnəyə gələrək qucaqlayıb.
Sonda Azər müsabiqəyə Polina Qaqarinanın komandası ilə davam edəcəyini açıqlayıb.