Gəncədə qəza olub xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, Gəncədə yol qəzası olub.

Hadisə şəhərin şərq çıxışında qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı  minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər  xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

00:04

Gəncədə baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, yaralanalar sürücü 43 yaşlı Ramin Məmmədov, sərnişinlər 57 yaşlı Vəfa Seyidova, 38 yaşlı Elşad Nəbiyevdir.