Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə  Qaxbaş kəndi  ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan Qax şəhər  sakinləri - 1999-cu il təvəllüdlü Mirzəyev Vetxviya Çingiz oğlu və 1981-ci il təvəllüdlü Qulaşvili Mamuka Şota oğlu müxtəlif bədən xəsarətləri ilə  Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.