Şəkidə avtomobilini təmizləyən şəxsi digər maşın vurub.
"Unikal" xəbər verir ki, hadisə rayonun Baş Göynük kənd inzibati ərazisində baş verib.
Kənd sakini 1995-ci il təvəllüdlü Nurlan Ələsgər oğlu İsmayılov özünə məxsus minik avtomobilini təmizləyən zaman həmkəndlisi - 2005-ci il təvəllüdlü Calal Coşqun oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı minik avtomobillə onu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. İsmayılov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağır qiymətləndirilir.
"VAZ 2107"nin sürücüsü isə yüngül xəsarət alıb.
Faktla bağlı Şəki Şəhər-Rayon polis Şöbəsində araşdırma aparılır.
Seymur Əli