"Qərb hökumətləri və onların nəzarətində olan ölkələr ərzaq bazarında spekulyasiyaya səbəb olan saxtakarlıq edirlər. Ukrayna taxılının ətrafında "oyun" ən vulqar zarafatdan daha pisdir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Telegram kanalında yazıb.

Belə ki, diplomat Kiyevin Polşa, Macarıstan və Slovakiyaya qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) iddia qaldırması qərarını şərh edib.

"Ukrayna taxılının ətrafındakı bütün bu oyun ən vulqar zarafatdan daha pisdir. Bu nə cür saxtakarlıqdır? Qərb hökumətlərinin və onların kənd təsərrüfatı sektorunda nəzarətdə saxladıqları inhisarların ərzaq bazarında spekulyasiyaya səbəb olan bu sonsuz hay-küy nədən ibarətdir?" - Zaxarova yazıb.

O qeyd edib ki, Qərbin oyunları qlobal fəlakətlərə,  təsərrüfatların məhvinə və birjalardakı sövdələşmələrə çevrilir. Eyni zamanda, Ukrayna, Avropa İttifaqı və NATO Rusiyanı ərzaq təhlükəsizliyinə təhdid yaratmaqda ittiham etməkdə davam edir.

Bundan əvvəl Ukrayna üç Avropa ölkəsinə qarşı iddialarla ÜTT-yə müraciət etmişdi . Buna səbəb bu dövlətlərin Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq etməkdən imtina etməsi olub.