Latviyada yaşayan və dil imtahanından keçməyən və ya iştirak üçün müraciət etməyən Rusiya vətəndaşları gələn həftədən etibarən üç ay ərzində ölkəni tərk etmələri barədə bildirişlər almağa başlayacaqlar.

"Unikal" xəbər verir ki, Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin nümayəndəsi Mayra Rouzun verdiyi məlumata görə, belə şəxslərin ümumi sayı təxminən 3600 nəfərdir. Onlara ölkəni tərk etmək üçün 90 gün müddət verilir.