Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun ardınca Almaniyanın maliyyə naziri Kristian Lindner koronavirusa yoluxub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, K.Lindnerin koronavirusla bağlı testi pozitiv çıxıb. Bununla əlaqədar olaraq, nazirin yaxın günlərdə keçiriləcək bütün görüşləri ləğv edilməli olub.

Maliyyə Nazirliyinin rəhbərində xəstəliyin yüngül simptomları var. O evdən işləyir.