Sentyabrın 18-i saat 17 radələrində 1999-cu il təvəllüdlü Elməddin Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Höccət Soltanovun Masallı rayonu ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Höccət Soltanov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.