Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri  İlxom Abduraxmonla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüş zamanı Azərbaycan və Tacikistan arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya” çərçivəsində gələcək əməkdaşlığa dair  fikir mübadiləsi aparılıb.