Müxalifətin maliyyələşməsi mövzusu Ağ evdə
22:47 02-04-2013
İQTİSADİYYAT
Müxalifətin maliyyələşməsi mövzusu Ağ evdə
Rəsmi Vaşinqton təkzib etməkdədir
ABŞ Milli Demokratiya İnstitutu ilə Azərbaycan rəhbərliyi arasında yaşanan anlaşılmamazlıqlar get-gedə ciddiləşir. Azərbaycan hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar yəqin ki, bu gərginliyi daha da artıracaq. Bəs əslində nələr baş verir? Gəlin bu suala cavab tapmamışdan öncə ABŞ Dövlət Departamentinin yaydığı son bəyanata diqqət ayıraq.
“ABŞ-ın maliyyələşdirdiyi demokratik dəyərləri yayan bütün qeyri-hökumət təşkilatları son dərəcə dar, dəqiq müəyyənləşmiş prinsiplər əsasında işləyirlər. Onlar hansısa partiyanı və ya hansısa ideoloji yanaşmanı maliyyələşdirmirlər”.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, bu fikirləri Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland Vaşinqtonda keçirdiyi brifinqdə MDİ-nin Azərbaycandakı fəaliyyəti və baş prokuror Zakir Qaralovun bununla əlaqədar ABŞ səfiri Riçard Morninqstara məktub göndərməsinə dair sualı cavablandırarkən deyib.
Viktoriya Nuland qeyd edib ki, bu kimi QHT-lərin demokratik seçkiləri və partiya quruculuğunu dəstəkləməsi prosesi bütün siyasi spektri əhatə edir. O, Milli Demokratiya İnstitutunun Azərbaycandakı durumuna dair heç bir əlavə məlumata malik olmadığını vurğulayıb.
Bəs əslində nələr baş verir? Apardığımız araşdırmalar sübut edir ki, Azərbaycanda hələ 1992-ci ildən başlayaraq partiyaların formalaşması, yeni siyasi institutların yaradılması üçün bir sıra beynəlxalq təşkilatlar ölkəyə ciddi şəkildə maliyyə ayırmağa başlamışdılar. Və əsas vəsait müxalifət partiyalarının yaradılmasına yönəlmişdi. O zaman Almaniya, Böyük Britaniya və ABŞ bu məsələdə xüsusi həssaslıq göstərirdi. İlk ciddi iş aparan qurum isə ABŞ-da fəaliyyət göstərən “Soros” fondu oldu. Bu fond Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması adı ilə yedəkçi təşkilatlara dəstək göstərir , bu dəstək isə sonda müxalifət partiyalarının əsasən Müsavat partiyasının formalaşmasına yönəlmişdi. Hətta “Soros” fondunun rəhbəri Azərbaycana gələn zaman mərhum prezident Heydər Əliyevlə görüşmüşdü və Heydər Əliyev ona “siyasi partiyalara maliyyə ayırmaqdansa, bu gün əsas problemimiz bir milyon qaçqındır. Onlara maliyyə niyə ayırmırsınız?”- sualını vermişdi və sözsüz ki, tutarlı cavab verilməmişdi. Daha sonra məlum olmuşdu ki, Almaniyada fəaliyyət göstərən bir neçə fond AXCP-yə yaxınlığı ilə seçilən QHT-lərə ciddi maliyyə ayırmağa başlayıb. Buda aydın oldu ki, o zaman AXCP rəhbərliyində təmsil olunan Asim Mollazadə,Fuad Mustafayev bu şəbəkəyə rəhbərlik edir və ona qədər QHT-yə ayrılan vəsait əslində AXCP-in maliyyələşməsinə yönəlib. Nəhayət ciddi maliyyə ayıran dövlətlərdən biri də Böyük Britaniya idi ki, onlarda həmin illərdə ciddi nüfuza malik olan Azərbaycan Milli İstiqlal Partiyasının maliyyələşməsinə dəstək verirdilər. Amma 1995-ci ildən sonra bu problemi hakimiyyət aradan qaldıra bildi. Nəticədə QHT-lərlə siyasi partiyalar arasında bir sədd çəkildi və gizli maliyyələşmənin qarşısı alındı. Analitiklər hesab edir ki, həmin illərdə beynəlxalq təşkilatlarda hesab edirmiş ki, vətəndaş cəmiyyətinin formalaşmasına maliyyə ayırmaqla əslində mövcud hakimiyyətə daha ciddi təsir göstərmək mümkün ola bilər. Amma nəticə bunun tam əksini göstərdi. Qrand mafiyası kimi ortaya çıxan və müxalifətə yaxın olan qüvvələr beynəlxalq təşkilatlardan gələn vəsaitləri manapoliyaya aldılar və nəticədə vətəndaş cəmiyyətlərinin formalaşması prosesi dayandı, qarşılığında QHT rəhbərləri ciddi şəkildə kapital sahibinə çevrildilər. Bu isə sözsüz ki, beynəlxalq təşkilatların maraqlarına cavab vermirdi və bu səbəbdən də yenidən köhnə varianta qayıdışa bir cəhd var. Mütəxəssislər hesab edir ki, hazırda ABŞ Milli Demokratiya İnstitutu başda olmaqla bəzi güclər yenidən müxalifət partiyalarının maliyyələşməsi üçün cəhdlər edirlər. Son zamanlar yaranan gərginlikdə bununla bağlıdır. Amma buda qeyd edilir ki, artıq bu proses keçmiş bir prosesdir və bunun yenidən təkrarlanmasına hakimiyyət icazə verməyəcək.Ümumiyyətlə dünyanın heç bir yerində belə bir nümunə yoxdur ki, siyasi partiyaları hansısa başqa dövlətlərin qurumları maliyyələşdirsin. Belə hallar baş verən ölkələrdə isə siyasi proseslər daim gərginlik altında qalıb və sonu dövlətin maraqlarına cavab verməyən çevrilişlər və ya inqilablarla sona çatıb. Buna görə də hesab edilir ki, Azərbaycan hakimiyyəti hazırda doğru yol tutub və ən azı çalışılmalıdır ki, bu gün müxalifət təşkilatları ilə iş birliyi quran beynəlxalq təşkilatların rəhbərliyində dəyişiklik həyata keçirilsin.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40