“Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir”.
“Unikal” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu: “Ona görə də Azərbaycan Ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli oldu. Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi”.