İskəndər Çəndirli elektron rejimə niyə keçmir?
22:49 02-04-2013
CƏMİYYƏT
İskəndər Çəndirli elektron rejimə niyə keçmir?
Dövlət Satınalmalar Agentliyindən təəccüblü gecikmə
Azərbaycanda dövlət satınalmaları köhnə, kağız formatı ilə həyata keçirilir və elektron satınalmalara nə vaxt keçiləcəyi bəlli deyil. Azərbaycan nadir ölkələrdəndir ki, elektron rejimdə satınalmalara çıxış yoxdur.
Elektron satınalmalara keçid 4 mərhələdə keçirilməlidir. İskəndər Çəndrlinin direktoru olduğu Satınalmalar üzrə Dövlət Agentliyi (SDA) hələlik ilkin mərhələni başa çatdırıb: tender elanları tender.gov.az veb-portalında dərc edilir.
2012-ci ilin fevralında SDA elektron satınalma sisteminin növbəti 2-ci və 3-cü mərhələlərinin tətbiqi üçün təqribi xərclər smetası hazırlamaq təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. Bu mərhələlərdə şərtlər toplusunun elektron formada rəsmi internet saytından əldə olunması, tender təkliflərinin elektron formada təqdim edilməsi nəzərdə tutulur.
Həmçinin dördüncü mərhələ tenderin nəticələrinin elektron qiymətləndirilməsi həyata keçirilməlidir.
Amma bütün bunlarla bağlı heç bir addım atılmayıb və Çəndirlinin rəhbərlik etdiyi qurum nədənsə bu mövzuda susur. Elə hökumətin özündən də bu məsələ ilə bağlı hər hansı açıqlama və aydınlatma yoxdur.
Müqayisə üçün qeyd edək ki, Ermənistan elektron dövlət satınalmalarına keçidi 2012-ci ilin oktyabrında başa çatdırıb. Hər fürsətdə işğalçı ölkə ilə müqayisəyə üstünlük verən və bizim onlardan üstünlüklərimizi qabardan rəsmilərin bu məsələdə Ermənistandan geri qalmağımızı hansı səbəblərlə izah etdiyi maraq doğurur.
Onu da vurğulayaq ki, Azərbaycanda dövlət satınalmalarının həcmi 4 milyard manatı keçir. 2012-ci ildə 14 mindən çox satınalma proseduru olub.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59