“Azərbaycan öz işini özü həll etməyə məcbur oldu”.
“Unikal” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu gün əldə olunan razılıq tam şəkildə icra olunacaq: “Bu isə sülh prosesinə rəvac verəcək”.
E. Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər: "Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm".