Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Liqasının qrup mərhələsinin birinci turunda Azərbaycanın “Qarabağ” və Norveçin “Molde” komandaları arasında keçiriləcək oyun ərəfəsində Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müşahidə edir.
"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.
“UEFA vəziyyəti müşahidə edir və oyuna ev sahibliyi edəcək ölkə ilə sıx təmasdadır. Hal-hazırda bizim bununla bağlı digər şərhimiz yoxdur”, - məlumatda bildirilib.