Yaxşı olardı ki, sülh gündəliyinə töhfə vermək istəyənlər təşəbbüslərini bu istiqamətə yönləndirməyə çalışsınlar. Bütün hallarda qıcıqlandırıcı, destruktiv təşəbbüs və cəhdlərdən yayınmalıdırlar. Əks halda, uzunmüddətli, dayanıqlı sülhə töhfə vermək mümkün olmayacaq.
"Unikal" xəbər verir ki, bu sözləri sentyabrın 20-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə söyləyib.
Onun sözlərinə görə, təxribatçı fikirlər kövrək və həssas vəziyyətə zərbə vura bilər.
“Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq istəyənlər qərəzli yanaşmalardan uzaq durmalıdırlar”, - deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb.