"Kreml hələ ki, Dağlıq Qarabağda “etnik təmizləmə” haqqında danışmaq üçün heç bir əsas görmür .Hələlik etnik təmizləmədən danışmaq üçün heç bir səbəb yoxdur. Bunun üçün birbaşa təmaslar var və bu zaman biz mümkün narahatlıqlarımızı çatdırırıq".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala şərhində bildirib.
Peskov qeyd edib ki, Rusiya Federasiyası Azərbaycan mülki hədəfləri vurmayacağına dair vədinə əməl edəcək. "Biz Bakıdan yalnız hərbi hədəflərin hədəf alındığı barədə bəyanatlar eşidirik. Biz bunun doğru olduğuna ümid etmək istəyirik", - Kreml sözçüsü bildirib.
"Biz əminik ki, Qarabağın erməni əhalisinin bütün hüquqları və təhlükəsizliyi təmin edilir", - o vurğulayıb.
Peskov bildirib ki, Rusiya Federasiyası Qarabağdakı vəziyyətin indi Azərbaycanın daxili işi olduğunu qəbul edir. “Əlbəttə, Qarabağ Azərbaycanın daxili işidir”, - deyə o, müvafiq sualı cavablandırıb.
“Azərbaycan isə Ermənistan rəhbərliyi tərəfindən tanınan öz ərazisində fəaliyyət göstərir”, - Peskov əlavə edib.