Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İrəvan Dağlıq Qarabağ məsələsində Paris və Brüsselin tövsiyələrinə əməl etməyə üstünlük verib .
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu, İrəvanın Dağlıq Qarabağ məsələsində son həlli oldu. Nikol Paşinyan və Ermənistan hakimiyyəti niyə məhz belə etdi, Paris və Brüssel rəsmi İrəvanı niyə buna sövq etdi - bu suallar onlara verilməlidir", - o Telegram kanalında yazıb.
O xatırladıb ki, ötən ilin oktyabrında “Brüsselin və baş məsləhətçi Parisin vasitəçiliyi ilə” Azərbaycan , Ermənistan , Fransa və Avropa İttifaqı liderlərinin görüşünün yekunları üzrə bəyanat qəbul edilib və orada “Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha təsdiqləyir və bu bəyannamə vasitəsilə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır”.
“Yəni, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Eyni zamanda, mətndə region sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi zərurəti barədə bir kəlmə də yoxdur”, - Zaxarova Telegram -da yazıb .