Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər.
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, biz buna hazırıq və Azərbaycan xalqı bilir. Əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir.