Avropa İttifaqı Azərbaycanın hərbi əməliyyatından sonra Qarabağdakı vəziyyətlə bağlı daha çox məlumat əldə etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ."X" sosial şəbəkəsində (keçmiş Twitter) o qeyd edib ki, assosiasiya öz xüsusi nümayəndəsini bölgəyə göndərəcək.
“Azərbaycanın Qarabağda hərbi əməliyyatı ilə əlaqədar mən Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəni Toivo Klaarı bölgəyə göndərmək qərarına gəldim. O, vəziyyətlə bağlı hesabat verəcək”, - Borrell yazıb.