“Ölüm cəzası ömürlük həbslə müqayisədə ağır cəza deyil”
22:51 02-04-2013
CƏMİYYƏT
“Ölüm cəzası ömürlük həbslə müqayisədə ağır cəza deyil”
“Ölüm cəzası demokratik və sivil ölkələrdə qəbul olunmayan cəza növüdür”. Bunu Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli deyib.
Ə.Hüseynli bu məsələ ilə bağlı müzakirələr aparılanda ABŞ-ın misal göstərildiyini qeyd edib: “ABŞ demokratik ölkə olmaqla yanaşı, həm də insan hüquqlarının tez-tez pozulmasına rast gəlinən yerdir. Ölüm cəzası isə insan hüquqları ilə birbaşa bağlı olan məsələdir. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlar ABŞ-da ölüm cəzasının mövcudluğu ilə bağlı mənfi rəylər verirlər. Bunu ona görə söylədim ki, bizim üçün hansısa bir model yoxdur. Bizim üçün model insan hüquqlarını öz konstitusiyasında tətbiq edən ölkələrdir”.
Ə.Hüseynli qeyd edib ki, Azərbaycanda ölüm cəzasının ləğvi hansısa beynəlxalq öhdəlikləri yerinə yetirməklə bağlı olmayıb: “Azərbaycanda son dəfə ölüm hökmü mərhum prezident Əbülfəz Elçibəy və o zaman prezident səlahiyyətlərini qısa müddətdə icra edərkən səlahiyyətlərindən sui-istifadə edən İsa Qəmbər tərəfindən tətbiq olunub. Bundan sonrakı mərhələdə ölüm hökmü ləğv olunub. Azərbaycanda ölüm cəzasının ləğvi təbii proses olub və prezident Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Xüsusi amansızlıqla törədilən cinayətlər baş verdikdə, ictimaiyyət yenidən ölüm cəzasının tətbiq olunması fikrinə qayıdır.
Vurğulamaq istərdim ki, sivil hakimiyyətinin rolu ondan ibarətdir ki, ictimai fikrin önündə getsin. Heydər Əliyevin böyüklüyü ondan ibarət idi ki, o, ictimai fikrin önündə idi. O bu qərarı qəbul etdi və parlament onu dəstəklədi. Beləcə, ictimai fikri öz arxasınca apara bildi. Artıq 20 ildir ki, Azərbaycanda ölüm cəzası mövcud deyil. Bu məsələyə məntiqli yanaşaraq onu deyə bilərəm ki, bu cür qərarlar qəbul edərkən ictimai fikri mütləq şəkildə öyrənmək lazımdır. Artıq bizim konstitusiyamızda belə ölüm cəzasının tətbiqi ilə bağlı müddəa mövcud deyil. Ölüm cəzasının tətbiqi ilə bağlı elə bir hüquqi baza yaratmışıq ki, ayrı-ayrı siyasi xadimlərin və ictimaiyyət nümayəndələrinin fikirləri ilə həll oluna bilməz.
Mənim fikrimcə, ölüm cəzasının tətbiq edilməsi elə insanı öldürmək deməkdir və onunla cinayət törədən tərəf arasında heç bir fərq yoxdur. Ağır cinayət törətmiş şəxslər həqiqətən ağır cəzaya məruz qalmalıdırlar. Amma ölüm cəzası ömürlük həbslə müqayisədə heç də ağır cəza deyil. Mən bir daha vurğulamaq istəyirəm ki, yaşamaq hüququna dövlətin hər hansı müdaxiləsi yol verilməzdir”.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22